Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir

0

  •       Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə bir daha sübut etdi ki, ordu, hər bir ölkənin əsas atributlarından biri kimi, həmin ölkənin müstəqilliyinin, sərhədlərinin toxunulmazlığının qarantıdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bütün bunları əsas götürərək ölkəyə rəhbərlik etdiyi dövrdə ordu quruculuğunu həmişə diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, cənab İlham Əliyev illər öncə öz çıxışlarında qeyd etmişdir ki, biz Azərbaycan ordusunun büdcəsini Ermənistanın ümumi büdcəsindən yüksək səviyyəyə qaldıracağıq. Həmişə verdiyi sözün arxasında duran ölkə Prezidenti verdiyi sözə sadiq qalaraq müdafiə xərclərini Ermənistanın dövlət büdcəsindən daha yüksək səviyyəyə qaldırdı. Nəticə isə göz qabağındadır. Azərbaycan 44 gün ərzində erməni ordusunu darmadağın edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Torpaqlarımız işğaldan azad edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İyunun 23 - də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Komando hərbi hissələrinin birinə döyüş bayrağını təqdimetmə mərasimində iştirak etmişdir. Ölkə Başçısı Hərbi hissədə yaradılmış şəraitlə yaxından tanış olduqdan sonra Hərbi hissəyə Döyüş bayrağını təqdim etmiş və şəxsi heyət qarşısında çıxış etmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Vətən müharibəsində əldə edilmiş zəfərdə Xüsusi Təyinatlı ordu birləşmələrinin əhəmiyyətli dərəcədə rolu olmuşdur. Onlar çətin relyefə malik olan ərazilərdə qəhrəmanlıq nümayiş etdirmişlər. Mən də bütün bunları əsas götürərək Komando birliklərinin yaradılması üçün göstəriş verdim. Bir neçə Komando hərbi hissələrinin açılışında şəxsən iştirak etmişəm və bu işlər davam etdiriləcəkdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti qeyd etmişdir ki, biz ölkəmizin müdafiə qüdrətini günbə gün artırmalıyıq. Ermənistanda revanşist qüvvələrinin baş qaldırmazı və ayrı - ayrı Ermənistanı dəstəkləyən dövlətlərin gizli planları bizim üçün güclü ordu yaratmağı zəruri edir. İndi bizim hazırkı ordumuz, ordunun silah - sursatla təminatı Vətən müharibəsindəki ordudan qat - qat üstündür. Hal - hazırda Azərbaycan ordusunun sərəncamında müxtəlif növ müasir atıcı silahlar, böyük dağıdıcı gücə malik raketlər vardır. İndi Ermənistan və onun havadarları anlayırlar ki, Azərbaycanla güc yolu ilə danışmaq mümkün deyildir. Vaxtilə Qarabağ Ermənistandır deyən Ermənistan rəhbərliyi indi özü də etiraf edir ki, Qarabağ Azərbaycandır. Artıq onlar anlayırlar ki, bölgədə sülhün alternativi yoxdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti çıxışı zamanı vurğulamışdır ki, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev İli kimi qeyd olunmaqdadır. Azərbaycanın ordu quruculuğunda Heydər Əliyevin xidmətləri danılmazdır. Heydər Əliyev Naçıvanski adana Hərbi Liseyi yaratmaqla Azərbaycanın gələcək zabitlərinin yetişməsini əsasını qoydu. Əgər Ümummili Lider bu liseyi yaratmasaydı bizim üçün acınacaqlı bir hal yarana bilərdi. İndi orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin məzunlarıdır. Azərbaycan Prezidenti Komando Hərbi Hissəsinin şəxsində bütün Azərbaycan ordusunu 26 iyun Ordu Günü münasibətilə təbrik etdi və onlara Vətənin müdafiəsi yolunda yeni-yeni uğurlar arzuladı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Fiqurə Rüstəmova,
    Xocalı rayonundan şəhid bacısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    silahlı qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir

    Maraqlı gələ bilər
    51
    42
    39
    153